آنادیلیمیز نئجه اولدو؟!
چهارشنبه 10 تیر 1394
+0 به یه نآنادیلیمیز نئجه اولدو؟!
دوکتور جئری
جومهور باشقانی تبریزه گلنده، شهرین باش بیلنلری ایله اؤزل بیر اوتوروم کئچیردی. باشبیلنلیک ده یبزیم باشبلامیز اولوب! منی ده بو اوتوروما چاغیرمیشدیلار!
جومهورباشقانی دانیشاندا، گؤز آلتی چئورهدهکیلری گؤزدن کئچیرمگه باشلادیم؛ کیمی مورگولهییر، کیمی یانینداکی ایله قونشور، کیمی تسبئح جئویر، کیمی ایسه گؤزونو بیر یئره تیکیب کیرپیک بئله وورموردو. یانیمدا اوتوران اوستاد دفترییه دؤندوم. آغزینی یاریم مئتر آچیب اسنهییردی! یاواشجا بیلهسینی دومسوکلهییب دئدیم:
- اوستاد! آغزین آچیقایکن باشقاندان سوروش آنادیلیمیز نئجه اولدو؟!...
Anadilimiz necə oldu?!
Dr.Jery
Cumhurbaşqanı Təbrizə gələndə, şəhərin başbilənləri ilə özəl bir oturum keçirdi. Başbilənlik də bizim başbəlamız olub! Məni də bu oturuma çağırmışdılar!
Cumhurbaşqanı danışanda, gözaltı çevrədəkiləri gözdən keçirməyə başladım, kimi mürgüləyir, kimi yanındaki ilə qonuşur, kimi təsbeh çevirir, kimi isə gözünü bir yerə tikib kiprik belə vurmurdu. Yanımda oturan ustad Dəftəriyə döndüm; ağzını yarım metr açıb əsnəyirdi! Yavaşca biləsini dümsükləyib dedim:
- Ustad! Ağzın açıq ikən başqandan soruş: anadilimiz necə oldu?!...